Körpələr evində yanğın olub
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 1200 m² (hər mərtəbəsi 600 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 m² sahədə yanıb.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***10:22
Paytaxtdakı 332 nömrəli körpələr evi-uşaq bağçasında məhdud hissədə yanğın baş verib.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.
Bağçadakı uşaqların və işçilərin, həmçinin yaxın ərazidə yerləşən 162 nömrəli tam orta məktəbin şagird və müəllim kontingentinin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Qəbul imtahanlarında abituriyentlərə GİZLİ CİHAZLARLA "kömək edən" şəxslərə hökm oxundu
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istinta...