Koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı

Koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı
Hadisə 296

5 il əvvəl Bakıda vəfat edən Ağdam sakininin ölüm faktı qeydə alınıb. Belə ki, ərizəçi şəxsin həyat yoldaşı 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda vəfat edib və Bakı şəhəri Suraxanı rayonu Koroğlu qəbiristanlığında dəfn olunub. Arvadının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət edib, arvadının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi bildirilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, mərhum 2020-ci ildə 44 günlük vətən müharibəsi ərəfəsində Bakı şəhərində COVID-19-dan vəfat edib.

Həmin vaxt ərizəçinin başı qarışdığından arvadının ölümünü qeyd etdirməyib. Hazırda ölümün qeydə alınması üçün faktın təsdiq olunması zərurəti yaranıb.

Ağdam rayon Məhkəməsinin qərarı ilə ərizə əsaslı olduğundan təmin edilib. Mərhumun 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Akif Əyyubov vəfat etdi

Akif Əyyubov vəfat etdi

Azərbaycanın tanınmış həkimi Akif Əyyubov vəfat edib. BAKU.WS xəbər verir ki, həkimin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, A.Əyyubov Ailə Sağlamlıq M...

216 Hadisə 23:30 23 oktyabr 2026

Son xəbərlər