Koronavirus xəstəsi mağazada aşkarlanıb - FOTO

Koronavirus xəstəsi mağazada aşkarlanıb - FOTO
Hadisə 55

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhər sakini Sərdar Hüseynov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisindəki mağazada aşkarlanıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan S.Hüseynov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Koronavirus xəstəsi mağazada aşkarlanıb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər