Könül Xasıyevaya pul atan müğənni Xatirə barədə - Həbs qərarı
21
avq
2017
14:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirən şəxsin məhkəməsi baş tutub. BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi muğam ifaçısının pulunu qaytarmayan müğənni Xatirə Hacıyeva barədə iki aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib. Bu barədə “Qafqazinfo”ya xalq artistinin vəkili Şəfiqə Nağıyeva məlumat verib.Vəkil operativ işi həyata keçirən hər kəsə təşəkkürünü bildirib: “Xatirə Hacıyeva barəsində məhkəmə iki aylıq həbs qətimkan tədbrii seçib. Nərimanov rayon polis idarəsinin rəisi Nəriman İmanova, istintaq şöbəsinin rəisi Vüqar İsmayılova, operativ işlədiyi üçün müstəntiq Racib Almazova öz təşəkkürümüzü bildiririk”.BAKU.WS
Oxşar xəbərlər
Apellyasiya Məhkəməsi Roman Nəsirov barəsində həbs qərarını qüvvədə saxlayıb
Kiyev şəhər Apellyasiya Məhkəməsi vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov barəsində həbs qərarını qüvvədə saxlayıb....