Könül Vəlibəylinin qızı başqa klinikaya köçürüldü
24
noy
2025
11:33
Bakı Milli Geyim Evinin rəhbəri, Yasamaldakı yanğın zamanı həyatını itirən Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi "Yeni Klinika"da davam etdirilir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, vəziyyəti ağır olaraq qalan Ləman Qulamova xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Xatırladaq ki, bundan öncə o, kəskin zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.
Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Abşeronda yağış və dolu bir sıra fəsadlar törədib
Abşeronda güclü yağış və dolu bir sıra fəsadlar törədib. Goradildə daş hasar uçub, infrastruktura ciddi ziyan dəyib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir k...