Kobe Brayantın faciəvi şəkildə öldüyü helikopter qəzasından görüntülər - VİDEO

Kobe Brayantın faciəvi şəkildə öldüyü helikopter qəzasından görüntülər - VİDEO
Video
Hadisə 2062

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olan Kobe Brayantın helikopterinin qəzaya düşdüyü ərazidən görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, qəza baş verən ərazidən çəkilən kadrlardan göründüyü kimi helikopter tam məhv olub.

Kaliforniyada baş verən qəzanın görüntüləri bir anda bütün dünya mətbuatının gündəmini tutub.

Helikopterin texniki nasazlıq səbəbindən qəzaya düşməsi nəticəsində 41 yaşlı K.Brayant, qızı və daha 7 nəfər vəfat edib.

Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş "Qara mamba" ləqəbli K.Brayant "Los Angeles Leykers" komandasında forma geyinib. O, Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub.

Son xəbərlər