Kənddə əxlaqsızlıq yuvası aşkarlandı

Kənddə əxlaqsızlıq yuvası aşkarlandı
Hadisə 4064
Xaçmazın Çarxı kəndi ərazisində əxlaqsızlıq yuvası aşkarlanıb.DİN-dən BAKU.WS-ə verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş. Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub. İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan iki qadın saxlanılıb. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Qərənfilin kafesi priton çıxdı

Qərənfilin kafesi priton çıxdı

Xudat şəhərində əxlaqsızlıq yuvası aşkar edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Xaçmaz RPŞ ə...

7247 Hadisə 15:31 11 mart 2017

Son xəbərlər