Kliniki Tibbi Mərkəzin mətbuat katibini təhqir edən kanal rəhbəri həbs edilib
19
avq
2025
13:52
İnstaqramda özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən Səxavət Hüseynov həbs edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə S.Hüseynova inzibati qaydada 20 sutka həbs cəzası təyin edilib.
Qeyd edək ki, Səxavət Hüseynov barəsində Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədin şikayəti əsasında Nəsimi Polis İdarəsində araşdırma aparılıb. R.Məmməd bu barədə sosial şəbəkədə paylaşım edərək özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən şəxsin onu təhqir etdiyini və bu barədə DİN-in "102" qaynar xəttinə şikayət etdiyini bildirib.
Oxşar xəbərlər
Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü
Bakı metropoliteninin "28 May" stansiyasında qatarların hərəkətində fasilə yaranıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin verdiyi məlumata gö...