Kiyevin atəşə tutulması nəticəsində 1 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevin Darnitsa rayonunun Rusiya qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir nəfər həlak olub.
BAKU.WS UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko ümum-Ukrayna telemarafonunun efirində bildirib.
Onun sözlərinə görə, bir neçə nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Bundan başqa Kliçko xatırladıb ki, əvvəllər Rusiya tərəfdən Kiyevin atəşə tutulacağı ilə bağlı təhdidlər olub.
“Sirr deyil ki, srağagün və ya dünən Rusiya generallarından biri çıxış edərək mühüm obyektlərə və şəhərlərə hücumların olacağını deyib, həmçinin Kiyevə hücumların olacağını istisna etməyib. Bu gün səhər biz bu vədləri öz üzərimizdə hiss etdik." - deyə mer bildirib.
Oxşar xəbərlər
Tələbə qızların zəhərlənmələri ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO
Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdl...