KİV Yekaterinburqda azərbaycanlıların ölümünün ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib

KİV Yekaterinburqda azərbaycanlıların ölümünün ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib
Foto
Hadisə 558

Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində iştirak etdiyi ehtimal edilən polislərin fotoları dərc edilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, həmin polis zabitləri Viktor Poznyak, Nikolay Paçayevets, Rafael Xamidulin və Aleksandr Smirnıxdır.

Məhz bu şəxslərin ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri və buna görə məsuliyyət daşıdıqları qeyd olunur.

KİV Yekaterinburqda azərbaycanlıların ölümünün ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları - Hüseyn və Ziyəddin - olduğu bildirilir.

Onların nəşləri iyunun 30-da Bakıya gətirilib, ekspertiza olunub və iyulun 1-də Ağcabədidə dəfn edilib.

Oxşar xəbərlər

Qazaxda onlayn qumar oynayan şəxs cərimə olundu

Qazaxda onlayn qumar oynayan şəxs cərimə olundu

Qazax rayonunda qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib. BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü Əkbər Vəliyev (ad və so...

52 Hadisə 20:43 31 dekabr 2025

Son xəbərlər