Kişi uşağının gözü qarşısında hamilə arvadının boğazını kəsdi - DƏHŞƏTLİ QƏTL - YENİLƏNİB

Kişi uşağının gözü qarşısında hamilə arvadının boğazını kəsdi - DƏHŞƏTLİ QƏTL - YENİLƏNİB
Hadisə 1979

Abşeronda baş verən dəhşətli qətlin bəzi məqamları məlum olub.

BAKU.WS xəbər verir ki, ötən gün axşam saatlarında Abşeronda Anar Bəkirovun öldürdüyü həyat yoldaşı Leyla Bəkirova hamilə olub.

Bundan başqa, hadisə baş verən vaxt qadının yanında azyaşlı uşağı da olub.

Kişi qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi vurub. Daha sonra qadının boğazını kəsib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***11:40

Baş Prokurorluq Abşeronda arvadını öldürən şəxslə bağlı açıqlama yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov BAKU.WS-ə açıqlamasında bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər