Kişi arvadının başını kəsdikdən sonra özünü bıçaqladı - Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Qobustan rayonunda dəhşətli qətl hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün saat 18:00 radələrində Qobustan şəhər sakini Rəsulov Elnur Yarəhməd oğlu ailə münaqişəsi zamanı aralarında baş verən dava zamanı bıçaqla həyat yoldaşının başını kəsib.
O, üç uşaq anası olan arvadını öldürdükdən sonra bıçaqla özünün qollarını kəsib, qarın nahiyəsinə xəsarət yetirib. Elnur Rəsulov təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...