Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək həyatını itirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhərin Xəzər bağları massivində yaşayan 1981-ci il təvəllüdlü Samir Vaqif oğlu İsrayılov ağır vəziyyətdə əvvəlcə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Kimyəvi məhluldan zəhərləndiyi ehtimal edilən S.İsrayılov daha sonra Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...