İki uşaq anası çayda batdı - Toy yasa çevrildi
21
iyl
2016
11:49
Sabirabadın Muradbəyli kənd sakini Daşdıyeva Almaz Kür çayında batıb.
BAKU.WS azvision.az-a istinadən bildirir ki, 2 uşaq anası olan A.Daşdıyeva dünən səhər saatlarında Kür çayının kənarında işıq mühərrikini işə salan zaman onu elektrik cərəyanı vurub.
Müvazinətini itrən qadın Kür çayına düşüb. Axtarışlara baxmayaraq, onun cəsədini tapmaq mümkün olmayıb.
Məlumata görə, A.Daşdıyeva həmin gün qardaşı qızının toyuna getməyə hazırlaşırmış. Bədbəxt hadisə nəticəsində toy yasa çevrilib.
BAKU.WS
Oxşar xəbərlər
Salyanda it dişləyən 10 yaşlı uşaq öldü
Azərbaycanda itin dişlədiyi 10 yaşlı oğlan quduzluqdan ölüb. Bu barədə ANS PRESS-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yolux...