Bakıda qıza görə güllələnərək öldürülən Turalın FOTOLARI - YENİLƏNİB
Bakıda gənc oğlan güllələnib. Hadisə axşam saatlarında paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Bakıda qıza görə güllələnərək öldürülən 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin fotoları yayılıb.
Həmin fotoları təqdim edirik:
***23:15
Bakıda baş verən güllələnmənin təfərrüatı məlum olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə qız üstündə baş verib. Belə ki, hər iki gənc bir qızı sevirmiş.
Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.
Oxşar xəbərlər
Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı YENİ DETALLAR - YENİLƏNİB 3 - VİDEO
İyunun 26-da paytaxtın Nərimanov rayonunda baş verən silahlı insidentdə qətlə yetirilən Tural Kosayevlə cinayətkar İsmayıl Allahverdiyev həmkəndli olublar. Oxu....