İki bacı dəm qazından zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Şabranın Rəhimli kəndində iki bacı dəm qazından zəhərləniblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Aygün İntiqam qızı Bayramova vanna otağında huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Günün ikinci yarısında isə ailənin digər üzvü, 1984-cü il təvəllüdlü Günay İntiqam qızı Bayramova da dəm qazından zəhərlənmə diaqnozu ilə eyni xəstəxanaya yerləşdirilib.
Vəziyyəti orta ağır olduğundan tibbi yardım göstərildikdən sonra xəstəxanada saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır
Oxşar xəbərlər
Azərbaycanda 10 nəfər dəm qazından zəhərləndi
Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş verib. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənddə yaşa...