İki ay əvvəl həbs edilən sabiq icra başçısı sərbəst buraxıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il oktyabrın 1-də Polşada saxlanılan Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev azadlığa buraxılıb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə siyasətçi Qubad İbadoğlu məlumat verib. O bildirib ki, Elxan Nuriyev Polşa məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.
Qeyd edək ki, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub. Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.
Onun “Qaranquş” dəstəsinin rəhbəri kimi bir sıra şəxslərin qətlini sifariş verməsi barədə məlumatlar yayılıb.
Qalereya
Oxşar xəbərlər
Sabiq icra başçısı 5 nəfərin ölümündə təqsirləndirilir
Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin nədə ittiham olunduğu məlum olub. BAKU.WS APA-ya istinadla xəbər verir ki, El...