İki avtomobil toqquşdu, yolu süpürən öldü
06
fev
2020
00:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə yol nəqliyyat hadisəsi zamanı Təmizlik İdarəsinin əməkdaşı dünyasını dəyişib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. "Wolsvagen Tuarek" markalı avtomobillə "Toyota Corolla" avtomobili toqquşub.
Hadisə nəticəsində avtomobillərdən biri ərazidə küçə süpürən şəhər Təmizlik İdarəsinin əməkdaşını vurub. Yaralı hadisə yerindəcə keçinib.
Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları dəqiqləşdirilir.
Oxşar xəbərlər
Azərbaycanda avtoyuma məntəqəsi yandı - Xəsarət alan var - FOTO
Gəncədə avtoyuma məntəqəsində yanğın hadisəsi qeydə alınıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alı...