Keşlədə tikinti materialları olan ərazi yanıb

Keşlədə tikinti materialları olan ərazi yanıb
Video
Hadisə 69

Bakıda tikinti materialları yanıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti materiallarının yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m olan talvar altına yığılmış tikinti materialları 150 kv.m sahədə və yaxınlıqda dayanmış "Mercedes" markaklı minik avtomobilinin salon hissəsi qismən yanıb.

Tikinti materialları və avtomobilin qalan hissəsi, ətraf ərazilər yanğından mühafizə olunub.

Son xəbərlər