Kəramət Böyükçöl sərbəst buraxıldı - RƏSMİ

Kəramət Böyükçöl sərbəst buraxıldı - RƏSMİ
Hadisə 1025

Gənc yazar Kəramət Böyükçöl sərbəst buraxılıb.

Bunu DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov BAKU.WS-ə bildirib.

Qurum rəsmisi deyib ki, əslində Kəramət heç saxlanılmamışdı.“Polis Kəraməti heç tutmamışdı. Sadəcə sərxoş idi, özünə qəsd edə bilərdi. Ona görə də nəzarətdə saxlanılırdı. İndi artıq evə buraxılıb”, - deyə Ehsan Zahid bildirib.

Qeyd edək ki, gənc yazar ötən gün kirayə yaşadığı evdə "Facebook"da canlı yayım edərkən saxlanılıb.

Kəramət Böyükçölün yaşadığı ünvana gələn polis əməkdaşları onunla bağlı qonşuların şikayət etdiyini bildiriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər