Kəngərli və Ordubadda hərbi sursatlar aşkar edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQ partladıcısı, 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Oxşar xəbərlər
Restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib
"Fədək" restoranında baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verilib. Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliy...