Kəndirlə boğulan 19 yaşlı gəlin sevgilisi ilə tutulubmuş - TƏFƏRRÜAT - YENİLƏNİB

06
sen
2019
14:21
Ağsuda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, qətlə yetirilən 19 yaşlı Xumar Zahidova kənd sakini olan sevgilisi ilə bir yerdə tutulub.İddia olunur ki, Nəriman Zahidov dəfələrlə gəlinləri X.Zahidovanın başqası ilə olan münasibətindən şübhələnib. Xəbərdarlıqlara baxmayaraq, X.Zahidova sevgilisi ilə görüşməyə davam edib. Bu gün isə sevgilisi ilə tutularaq qətlə yetirilib.Faktla bağlı araşdırma aparılır.***12:13Ağsuda iki aylıq körpə anası qətlə yetirilib.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib.İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi var. Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri Ağsu rayon Prokurorluğu tərəfindən araşdırmalardan sonra bəlli olacaq.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT - ana özünü körpəsini parçalayan itin qarşısına atdı
Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib.BAKU.WS sputnik.az-a istinadla xəbər verir ki, özlərinə m...
