Kənar dairəvi yolda avtomobil "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var
Yasamal rayonu, Kənar dairəvi yolda minik avtomobili "Kamaz"la toqquşması nəticəsində ölən və xəsarət alanlar var.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Toyota" markalı minik avtomobilinin hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı?
"Mən həmişə ölüm hökmünün əleyhinə olmuşam. Çünki elə işlərdə cinayəti törədən şəxsdə çox sirlər olur, həmin məsələləri ondan başqa heç kim bilmir. Cinayəti tör...