Kəlbəcərdə minaya düşərək şəhid olan hərbçimiz dəfn edilib - YENİLƏNİB - FOTO

Kəlbəcərdə minaya düşərək şəhid olan hərbçimiz dəfn edilib - YENİLƏNİB - FOTO
Foto
Hadisə 130

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov dəfn olunub.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, şəhidin cənazəsi ailəsinin yaşadığı Tovuz rayon Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

***14:02

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovla vida mərasimi keçirilib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kəndində, şəhidin ailəsinin yaşadığı evin qarşısında keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Z.Hümbətovun üçrəngli Azərbaycan bayrağına bükülən tabutu böyük qurur və ehtiramla dəfn edilmək üçün Aşağı Quşçu kənd qəbiristanlığına aparılır.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub. Onun 3 övladı yadigar qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər