Keçmiş sevgilisini öldürən qadın 10 il azadlıqdan məhrum edildi

Keçmiş sevgilisini öldürən qadın 10 il azadlıqdan məhrum edildi
Hadisə 158

Bakıda keçmiş sevgilisini öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın məhkəməsi bitib.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

İlk olaraq təqsirləndirilən şəxsin vəkili Nicat İmanzadə müdafiə çıxışında zərərçəkmiş şəxsin psixi xəstəlikdən əziyyət çəkdiyini bildirib. Həmçinin Samir İsrafilov əvvəllər öz atasını qətlə yetirməsini və bununla bağlı məhkumluq həyatı yaşadığını qeyd edib. Buna görə də, müvəkkilinin özünü müdafiə etdiyini məhkəmənin nəzərinə çatdırıb. Sadalananları nəzərə alaraq Ruhiyyə Tahirovaya sanksiyada nəzərdə tutulan cəzanın aşağı həddinin verilməsini istəyib.

Belə ki, hadisə baş verdiyi zaman o, R.Tahirovanı ölümlə hədələyib. Vəkil ötən proseslərdə də zərərçəkən Samir İsrafilovun psixoloji vəziyyəti ilə bağlı müvafiq sənədlərin məhkəməyə sübut kimi təqdim edilməsini xahiş edib.

Zərərçəkənin hüquqi varisi təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu qeyd edib.

Hökmə əsasən Ruhiyyə Tahirova 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı Samir İsrafilova nikaha daxil olmaq istədiyini bildirib. S.İstafilov isə onunla vaxt keçirdiyini, ailə qurmaq niyyəti olmadığını söyləyib. Bu zaman R.Tahirova bunu təhqir kimi qəbul edib. Onların arasında mübahisə yaranıb. Zərərçəkmiş şəxs Ruhiyyə Tahirovadan güclü olduğu üçün ona müqavimət göstərə bilib. Bu zaman başqa çarəsi qalmayan təqsirləndirilən şəxs kəsici alətlə ona xəsarət yetirib. Nəticədə Samir İsrafilov həyatını itirib. Ruhiyyə Tahirova isə 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Ruhiyyə Tahirova baş verməsi cinayətdə özünü təqsirli bilib.

Son xəbərlər