Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bakıda...
Bakı şəhəri ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri aparılacaq.
BAKU.WS-in Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən əldə etdiyi məlumata görə, layihə əçərçivəsində köhnəlmiş və yararsız vəziyyətə düşmüş tikinti elementlərinin sökülməsi nəzərdə tutulur.
Təmir işlərinin əsas məqsədi binaların təhlükəsizliyini artırmaq, dam örtüyü və konstruksiyalarda yaranmış riskləri aradan qaldırmaqdır.
Cari təmir işlərinin ehtimal olunan dəyəri 431 min 179 manat təşkil edir.
Qeyd edək ki, bu təmir işləri məcburi köçkünlərin yaşadığı binalarda yaşayış şəraitinin yaxşılaşdırılmasına və mümkün təhlükələrin qarşısının alınmasına xidmət edir.
Oxşar xəbərlər
15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəzanın yeni TƏFƏRRÜATI
"Beş nəfəri artıq dəfn etmişik. Bu, sözün bitdiyi yerdir, nə deyəcəyimizi bilmirik. Həqiqətən də, sözün qurtardığı yerdir. Belə bir faciədir". Zərdabda baş verm...