Keçmiş məhkumlardan 2 kiloqram marixuana götürülüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitə və həblər aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün salınmış üç saylı qəsəbə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Namiq Babazadə və Əfqan Mahmudzadənin idarəsində olan avtomobil saxlanılıb. Avtomobildə aparılan axtarış zamanı iki kiloqramdan artıq marixuana, bir kiloqramdan artıq heroin və 300 metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
“Bandotdel” əməkdaşları "patı" satanları ələ keçirdi, üstlərindən tapança çıxdı - VİDEO
Polis əməliyyat keçirib, narkotiklərin satışını həyata keçirən daha 20 nəfər saxlanılıb. BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübari...