Keçmiş məhkum zibil qablarının qapaqlarına qənim kəsildi

Keçmiş məhkum zibil qablarının qapaqlarına qənim kəsildi
Hadisə 76

Bakıda zibil qutularının qapaqları oğurlanıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Xətai rayonunun Y.Səfərov küçəsində yerləşən parkda məişət tullantıları üçün nəzərdə tutulan 21 qutunun qapaqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Müşfiq İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər