Keçmiş məhkum əməliyyat zamanı polisə xəsarət yetirib
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə getmişlər.
Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanıldı - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə...