Keçmiş məhbus 6000 manatlıq oğurluq edib
21
okt
2022
14:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu General Şıxlinski küçəsində yerləşən bir qarajdan 6000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Kamran Vahabov və Elnur Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 10 bahalı maşını yardılar - üzqırxan ülgücü və fransız ətri oğurladı
Bakının Xətai rayonunda bir sutka ərzində naməlum şəxslər 10 avtomobilə ziyan vurublar və şəxsi əmlakı oğurlayıblar. Bu barədə “Sputnik Azərbaycan”a Xətai rayon...