Keçmiş icra nümayəndəsinin evi yanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda iki evdə yanğın baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 42 kvadratmetr olan Anar Məmmədova məxsus birmərtəbəli evdə yanğın başlayıb.
Daha sonra yanğın İsgəndər Rüstəmova məxsus 180 kvadratmetr olan ikimərtəbəli evə keçib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğın nəticəsində A.Məmmədova məxsus ev tamamilə, digər evin 2-ci mərtəbəsi yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, İsgəndər Rüstəmov Biləsuvar rayon Səmədabad kəndinin keçmiş icra nümayəndəsidir.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: Ərlə arvadın yanmış meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO - YENİLƏNİB
Martın 12-ə keçən gecə Salyan rayonunun Aşağı Kürkənd kəndində 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva E...