Kazanda 11 nəfərin yaralandığı qəza yerindən görüntülər yayılıb
10
mar
2025
15:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kazanda avtomobil və avtobusun iştirakı ilə baş verən qəzanın yeni görüntüləri yayılıb.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, görüntülərdə xərəkdə uzanan insanlar, təcili yardım işçiləri və yanğınsöndürmə xidməti maşını görünür. Hüquq-mühafizə orqanları da hadisə yerindədir.
İlkin məlumatlara görə, minik avtomobili avtobus dayanacağına çırpılaraq avtobusa dəyib.
Tatarıstan Səhiyyə Nazirliyinin məlumatına görə, qəza nəticəsində azı 11 nəfər, o cümlədən 12 yaşlı uşaq xəsarət alıb. Yaralılardan 9-u tibb müəssisəsinə aparılıb.
Oxşar xəbərlər
"Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu
"Şəki Yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisə üzrə iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. BAKU.WS xəbər verir ki, bu barədə...