Karateçilərimizin şərəfinə verilən ziyafətdəki şok ölümün TƏFƏRRÜATLARI (YENİLƏNİB+FOTO)

Karateçilərimizin şərəfinə verilən ziyafətdəki şok ölümün TƏFƏRRÜATLARI (YENİLƏNİB+FOTO)
Hadisə 25547

Ötən gün Bakının məşhur restoranlarında birində İslamiadada qalib gələn karateçilərin şərəfinə təşkil edilən qonaqlıqda dünyasını dəyişən Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, AMKF rəyasət heyətinin üzvü, əməkdar idman xadimi, beynəlxalq dərəcəli hakim və 7-ci dan qara kəmər sahibi Yusif Məmmədovun ölümünün təfərrüatları məlum olub.

BAKU.WS xəbər verir ki, halı pisləşən hakimə ətrafdakı insanlar ilkin tibbi yardım göstərsələr də heç bir faydası olmayıb. Ona yaxınları 40 dəqiqəyə yaxın süni nəfəs və ürək masajı ediblər. Lakin təcili tibbi yardım çağırıldığı ünvana həddindən artıq gec gəlib.

Xatırladaq ki, GoldNews.Az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, İslamiadada qalib gələn karateçilərin şərəfinə təşkil edilən qonaqlıq zamanı vəzifəli şəxslərdən birinin halı pisləşib. 

Həmin şəxs restoranda dünyasını dəyişib. Məlumata görə, dünyasını dəyişən karate üzrə Beynəlxalq dərəcəli hakim Yusif Məmmədovdur və o, ürəktutmasından dünyasını dəyişib.

BAKU.WS

Karateçilərimizin şərəfinə verilən ziyafətdəki şok ölümün TƏFƏRRÜATLARI (YENİLƏNİB+FOTO)

Karateçilərimizin şərəfinə verilən ziyafətdəki şok ölümün TƏFƏRRÜATLARI (YENİLƏNİB+FOTO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişdi

Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişdi

Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişib. "Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Ari...

3185 Hadisə 12:04 18 aprel 2017

Son xəbərlər