Karantin rejimini pozan müxbir həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 12-də ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə saxlanılıb.
BAKU.WS Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, onun internet xəbər portallarından birinin müxbiri, Hacıqabul rayon sakini İbrahim Vəzirov olduğu müəyyən edilib.Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilmiş və 25 gün müddətində inzibati həbs edilib.
Oxşar xəbərlər
Polis sosial şəbəkələrdə koronavirusla bağlı yalan məlumatlar yayan şəxsi cərimələdi - FOTO
Ağdaşda karantin rejimi qaydalarını pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbu...