Kanalizasiya xəttinə heyvan qalıqları atılır, qanlı su küçəyə AXIR - AÇIQLAMA

Kanalizasiya xəttinə heyvan qalıqları atılır, qanlı su küçəyə AXIR - AÇIQLAMA
Video
Hadisə 194

Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində tullantı su xəttində tutulma baş verib.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq ADSEA-dan məlumat verilib.

Bildirilib ki, tutulmaya və ətrafda axan qanlı suya səbəb xətlərə heyvan qalıqlarının atılması olub.

"Belə ki, ərazidə faəliyyət göstərən qəssabxanaların vaxtaşırı heyvan qalıqlarını (baş, dəri, sümük, qan və s.) atması kanalizasiya şəbəkəsinin tutulmasına gətirib çıxarır. Nəticədə ərazidə fəaliyyət göstərən təchizat daşaraq küçələrə axır. İki gündür əraziyə Suraxanı Rayon Sukanal İdarəsinin qəza briqadası cəlb edilsə də, xəttə atılan iri heyvan qalığı xəttin açılmasını qeyri-mümkün edib. Bu gün də işlər davam etdiriləcək".

***14:10

Bakı Suraxanı rayonu, Zığ qəsəbəsində kanalizasiya problemi yaşanır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilibg ki, söhbət Rövşən Göyüşov küçəsindən gedir.

Sakinlərin sözlərinə görə, çirkab suları küçələrə axır. Bu isə ərazidə antisanitar şərait yaradır, pis qoxuya səbəb olur və insanların gündəlik hərəkətini çətinləşdirir.

Məlumata görə, həmin ərazidə ət kəsim məntəqəsi fəaliyyət göstərir. Buradan vaxtaşırı heyvan qalıqları kanalizasiyaya atılır. Nəticədə də kanalizasiya boruları tutulur və çirkab, qanlı sular küçəyə axır. Məsələ ilə əlaqədar aidiyyatı üzrə sorğu ünvanlanıb.

Son xəbərlər