Kanalizasiya borularını oğurlayan şəxs saxlanılıb
Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan BAKU.WS-ə verilən xəbərə görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, 39 yaşlı Famil Layıcov ümumilikdə 514 metr uzunluğunda kanalizasiya borularını oğurlayıb. Onun boruların bir hissəsini satdığı müəyyən edilib.
Keçirilən digər tədbir zamanı isə məişət və tikinti əşyaları oğurlanmaqda şübhəli bilinən 46 yaşlı Eldəniz Xəlilov da saxlanılıb. Onun oğurladığı əşyaların bir hissəsi yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar narazılıq yaratdı
Bakı şəhər Nərimanov rayonu Ədhəm Orucəliyev küçəsi 1952-ci məhəllədə fəaliyyət göstərən bir qrup sakin və sahibkar burada quraşdırılmış şlaqbaumdan narazıdır....