Kanadada anomal istilər 700-dən çox insanın həyatına son qoydu
04
iyl
2021
10:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində görünməmiş isti hava ilə əlaqədar 700-dən çox insanın ölümü qeydə alınıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib.
Onun sözlərinə görə, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb. Bu, analoji dövrlə müayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.
Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...