Kamran telefonu şarja taxanda ev partlayıbmış...
Yeniliklərdən dərhal xəbərdar olun
Masallının Mollahəsənli kəndində bir mərtəbəli yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan Cəfərov Kamran Həsən oğlu ötən axşam Bakıda 5 nömrəli Şəhər Klinik Xəstəxanasında vəfat edib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən hadisə sentyabrın 17-də Dünyaxanım Cəfərovaya məxsus fərdi yaşayış evində baş verib.
Məlumata görə, partlayışa qaz sızması səbəb olub. Belə ki, gecə evdə qaz sızması olub. 23 yaşlı Kamran səhər yuxudan oyanan zaman telefonu şarja taxıb və bu zaman elektrikdən çıxan qığılcım partlayışla nəticələnib.
Qeyd edək ki, anası Dünyaxanım Cəfərova ilə yaşayan Kamran evin tək övladı olub və nişanlı idi.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...