Kamerunlu futbolçuların meyitlərinə sahib çıxan yoxdur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Kamerunlu vətəndaşların nəşi hələ də Bakıdadır.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bir ay bundan əvvəl Bakıda dəm qazından zəhərlənərək vəfat edən 5 kamerunlu vətəndaşının dördünün meyiti hələ də Bakıda Yasamal rayonunda yerləşən patoloji anatomiya bürosundadır. Onlardan sadəcə birinin meyiti öz valideyini tərəfindən ölkəsinə aparılıb.
Bəs üzərindən bu qədər müddət keçməsinə baxmayaraq, digər 4 nəfərin meyitinin ölkələrinə aparılmamasının səbəbi nədir? Hüquqşunas Xəyal Bəşirovun sözlərinə görə, əslində bu məsələ qanunla tənzimlənir
Xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev isə bildirdi ki, Kamerunun Azərbaycanda rəsmi səfirliyi yoxdur. Ancaq buna baxmayaraq Azərbaycan tərəfindən Kamerunun Rusiyadakı səfirliyinə bu faktla bağlı rəsmi məlumat verilib. Və onların nəşinin ölkələrinə aparılması bildirilib. Kamerunun Rusiyadakı səfirliyindən isə rəsmi cavabda bildirilib ki, hadisə ilə bağlı ölən şəxslərin hər birinin ailəsinə məlumat verilib. Onlardan sadəcə birinin ailəsi gələrək meyiti götürüb. Digərlərinin isə gəlmə səbəbi hələ ki, bilinmir
Patoloji anatomiya bürosundan isə bildirildi ki, belə hadisələr olanda meyitlər müvafiq rayon ərazisində yerləşən morqa aparılır. Hazırda həmin şəxslərin meyiti Yasamal rayonunda yerləşən patoloji anatomiya bürosunda saxlanılır. Onların morqdan taleyi hüquq-mühafizə orqanlarının verəcəyi qərardan sonra bilinəcək. Yəni həmin qərar verilənə qədər meyitlər morqda saxlanılacaq.
Xatırladaq ki, bədbəxt hadisə bu il yanvarın 2-də Yasamal rayonunda baş verib. Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu olub. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsidir. Onlar Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanınında kirayə qalıblar.
Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.
BAKU.WS
Oxşar xəbərlər
Ölən futbolçuların meyitləri hələ də Bakıdadır - 6500 dollar lazımdır
Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının n...