"Kamaz"la "BMW" toqquşdu, xəsarət alan var

Kamazla BMW toqquşdu, xəsarət alan var
Hadisə 40

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Qalağayın kəndində “KamAZ” markalı yük avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər