Kafedə qətl törədildi, 20 yaşlı tələbə saxlanıldı
18
yan
2025
14:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli rayonunda qətl hadisəsi törədilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarxanlı kəndində qeydə alınıb.
Belə ki, 30 yaşlı Vüsal Allahverdiyev kənd ərazisində olan kafedə bıçaqlanaraq öldürülüb. O, boğazından aldığı xəsarətdən vəfat edib.
Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini 20 yaşlı Fərid Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
Qeyd edək ki, Fərid Lənkəran Dövlət Universitetinin II kurs tələbəsidir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...