Kafedə dava zamanı 2 qardaş bıçaqlanıb: Biri ölüb, digəri yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayonunda kafelərdən birində baş verən dava zamanı iki qardaş bıçaqlanıb.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Köçəsgər kəndində baş verib.
Kənddə yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb.
Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...