Kadırov xüsusi əməliyyatda: 7 nəfər öldürüldü, 3-ü yaralandı (VİDEO)

Çeçenistan prezidenti Ramzan Kadırov hərbi əməliyyatlarda iştirak edib.
BAKU.WS-in məlumatına görə, Qroznı və ətraf rayonlarda keçirilən xüsusi əməliyyatda 7 quldur məhv edilib. Əməliyyat zamanı 4 nəfər saxlanılıb, həmçinin üç nəfər yaralanıb.
Staropromıslovski rayonu ətrafında aparılan əməliyyatlar dağlıq ərazidə olub. Kadırov bildirib ki, əməliyyat sakinlərin məskunlaşdığı ərzilərdən kənarda baş verib.
"Mən əməliyyatın bütün iştirakçılarına təşəkkür edilmişəm. Onlar peşəkarlıq nümayiş etdirdilər. Qarlı hava şəraitində cəsarətlə vuruşdular. Bütün dünyada bizim dostlarımıza deyirəm ki, Qroznıda və Çeçenistan Respublikasında hamı sakitcə, Yeni ilə hazırlaşır və sizi qonaq gözləyirik".
Nazim Babayev
BAKU.WS

Oxşar xəbərlər
Kadırov oğlanlarının müəlliminə 10 milyonluq “Porsche” bağışladı
Çeçenistan rəhbəri Ramzan Kadırov oğlanları Əhməd, Əli və Adamın idman müəlliminə dəyəri 10 milyon rubl (təxminən 160 min dollar) dəyərində olan "Porsche” marka...