Jurnalistə yüksək vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Pirşağı-Kürdəxanı Olimpiya İdman Kompleksinə direktor təyin olunub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, həmin şəxs Bəylər Mirzəyevdir.
Qeyd edək ki, Bəylər Mirzəyev sabiq media işçisidir. O, 2008-2009-cu illərdə AzTV-nin İdman Proqramları Baş redaksiyasında müxbir kimi işləyib.
2009-2017-ci illərdə “İdman Azərbaycan” (indiki “İdman TV”) telekanalında redaktor vəzifəsində işləyib. Daha sonra o, 2017-2019-cu illərdə “İdman Azərbaycan”a baş redaktor müavini vəzifəsinə təyin olunub.
O, 2020-ci ildə Sumqayıt Olimpiya İdman Kompleksinin direktor müavini vəzifəsinə təyinat alıb.
2022-ci ildə həmin Olimpiya Kompleksində Zeynəb Məmmədyarovanın təyinatınadək direktor əvəzi işləyib.
Oxşar xəbərlər
Zeynəb Xanlarovanın bacısı oğlu altı illik həbs oluna bilər
Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlər təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. BAKU.WS APA-ya...