Jota avtoqəzada həyatını itirib
03
iyl
2025
12:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur portuqaliyalı futbolçu Dioqo Jota avtoqəzada həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu haqda İspaniyanın Marca nəşri məlumat yayıb.
Futbolçunun 28 yaşı var idi. İnsident İspaniyanın qərbindəki avtomobil yolunda qeydə alınıb.
Qeyd edək ki, Jota 2020-ci ildən İngiltərənin "Liverpul" klubunun formasını geyinirdi. "Qırmızılar"ın heyətində 123 oyunda meydana çıxan futbolçu 47 qola imza atmışdı. Jota Portuqaliya yığmasının forması altında 49 oyunda meydanda olaraq 14 qol vurmuşdu.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...