Jony-nin üstünə qaçan qız universitetdən qovuldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni il münasibəti ilə Türkmənistanın paytaxtı Aşqabadda azərbaycanlı müğənni Jony (Cahid Əfrail oğlu Hüseynli) ilk dəfə konsert verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 10 min iştirakçının olduğu konsert dekabrın 27-i baş tutub.
Bu konsert Jony üçün səmimi çıxışlarla bərabər təhlükəli anlar yaşadıb. Gənc müğənninin çıxışı zamanı qız pərəstişkarı səhnəyə çıxaraq onu bərk qucaqlayıb. Həmin an öz müvazinətini itirən ifaçı az qala yıxılıb.İfaçıya hədiyyə verdikdən sonra az qala konserti pozan pərəstişkarı təhlükəsizlik işçiləri tərəfindən səhnədən endirilib. O, mahnısını oxumağa davam edib.
Sosial mediada həmin qız pərəstişkarın Dövlət Maliyyə İnstitutunun (keçmiş Xalq Təsərrüfatı İnstitutu) 2-ci kurs tələbəsi olduğu, lakin onun nalayiq davranışına görə universitetdən xaric edildiyi və hazırda 15 sutkalıq həbs cəzası çəkdiyi barədə məlumatlar yayıb.
Hadisənin videogörüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Oxşar xəbərlər
Üzeyir Mehdizadənin FANATI ONA GƏRGİN ANLAR YAŞATDI - VİDEO
Ötən gün müğənni Üzeyir Mehdizadə restoranlardan birində çıxış edib. BAKU.WS xəbər verir ki, sənətçinin səhnəyə çıxdığı məkanda həyəcanlı anlar yaşanıb. Belə k...