İtkin düşmüş hesab edilirdi - Qalıqları 82 il sonra Rusiyada tapıldı

İtkin düşmüş hesab edilirdi - Qalıqları 82 il sonra Rusiyada tapıldı
Foto
Hadisə 190

II Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları tapılıb.

BAKU.WS xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiya Federasiyasının Smolensk vilayətində aşkarlanıb. O, 1942–1943-cü illərdə II Dünya Müharibəsində iştirakçısı olub.

2025-ci ilin fevral ayının əvvəlində Rusiyanın "Krasnoarmeets" axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardığı ekspedisiya zamanı səngərdə bir-birindən bir metr aralıda tapılan dörd Qırmızı Ordu əsgərinin qalıqlarını aşkar edib.

Onlardan birinin şəxsiyyəti onunla birlikdə tapılan, üzərində baş hərfləri və soyadı – "M.F.Xudaverdiyev" yazılan metal qaşıq vasitəsilə müəyyənləşdirilib. Daha sonra aparılan arxiv araşdırmaları nəticəsində həmin əsgərin 1918-ci il təvəllüdlü, Lerik rayonunun Hoveri kəndindən olan Məmməd Fəttahoviç Xudaverdiyev olduğu təsdiqlənib.

Qeyd edək ki, Xudaverdiyev 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılıb və 134-cü atıcı diviziyanın tərkibində döyüşlərdə iştirak edib. O, 1 iyun 1943-cü ildə Smolensk vilayətinin Verdino kəndi yaxınlığında yerləşən yüksəkliklər uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu.

Son xəbərlər