İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib

İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib
Hadisə 531

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, istintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.

Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, C.Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Bu il iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi iki gün sonra səhər saatlarında tapılıb.

Fotoda: Aydın Quliyev

İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib

Oxşar xəbərlər

Ağdaşda idarəetmədən çıxan avtomobil aşıb, sürücü ölüb

Ağdaşda idarəetmədən çıxan avtomobil aşıb, sürücü ölüb

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazis...

81 Hadisə 20:43 07 sentyabr 2025

Son xəbərlər