İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı komandirinə beş il həbs tələbi

İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı komandirinə beş il həbs tələbi
Hadisə 2156

Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində keçirilən iclasda prokuror yekun nitqi ilə çıxış edib.

Prokuror bəyan edib ki, təqsirləndirilən polkovnik Samir Həziyev və hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevə elan edilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.

Bu əsasla S.Həziyev 5 il, A.Quliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilməlidirlər.

Həmçinin sərbəst mühakimə edilən A.Quliyevin məhkəmə zalında həbs edilməsi təklif olunub.

Vəkillər Orxan Zeynalov və Kəramət Əliyevə müdafiə çıxışına hazırlaşmaları üçün aprelin 17-dək vaxt verilib.

Qeyd edək ki, Ceyhun Hüseynov 2016-cı ildə akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 balla ADA Universitetinə qəbul olunub. O, 2023-cü il iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, iki gün isə onun meyiti tapılmışdı.

Son xəbərlər