İtkin balıqçının qardaşı: "Bizim üçün hələ də qaranlıqdır ki, o, necə batıb?"

İtkin balıqçının qardaşı: Bizim üçün hələ də qaranlıqdır ki, o, necə batıb?
Video
Hadisə 251

Lənkəranda itkin düşən balıqçı 41 yaşlı Mahmud İbayevin axtarışları gücləndirilib.

BAKU.WS Baku TV-yə istinadən məlumat verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, Aviasiya dəstəsinin helikopteri, eləcə də yerli balıqçılar cəlb olunub.

İtkin düşən Mahmud İbayevin qardaşı Rəşad İbayev bildirib ki, Nazim Abbasovun meyiti tapılsa da, qardaşından hələ ki xəbər yoxdur: "Bizim üçün hələ də qaranlıqdır ki, o, necə batıb? İnsan batanda hərəkət edər, amma Nazim necə getmişdisə, elə də tapılıb. Ekspertizanın rəyinə əsasən, boğulma ehtimalı var".

Qeyd edək ki, yanvarın 13-də balıq tutmağa gedən Siyavar kənd sakinləri 41 yaşlı Mahmud İbayev və 57 yaşlı Nazim Abbasov itkin düşüb. Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Bakıda dönərxanada YANĞIN başlayıb

Bakıda dönərxanada YANĞIN başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, metronun "Sahil" stansiyasının yaxınlığında dönərxanada yanğın baş ver...

85 Hadisə 22:59 18 yanvar 2026

Son xəbərlər